Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourini qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətinə toxunaraq, bu tədbirə ev sahibliyi etməsi üçün ölkəmizin seçilməsinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Konqresin Azərbaycanda yüksək səviyyədə təşkili üçün böyük hazırlıq işlərinin görüldüyünü vurğuladı.

Dövlətimizin başçısı xeyli sayda qonağın iştirak edəcəyi bu tədbirin Azərbaycan ilə daha yaxından tanış olmaq və gələcək əməkdaşlıq planlarının müəyyənləşdirilməsi baxımından önəmli olduğunu qeyd etdi.

Kley Mouri Azərbaycana gəlməkdən məmnunluğunu bildirərək, 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi, Azərbaycanın Konqresə hazırlığını yüksək qiymətləndirdi.

Konqresin əhəmiyyətinə toxunan qonaq burada 100-dən artıq ölkədən 5 mindən çox nümayəndənin iştirakını tədbirə verilən önəmin göstəricisi kimi dəyərləndirdi. Qeyd etdi ki, bu tədbir indiyədək keçirilmiş digər konqreslərlə müqayisədə iştirakçıların sayı və tərkibi baxımından eyni səviyyədədir, hətta bəzi göstəricilərə görə onlardan da üstündür.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti bildirdi ki, bu tədbir təqdim ediləcək elmi məqalələrin sayına görə də ən önəmli konqreslərdən biri olacaq. Belə ki, Konqresə 3600-dək elmi məqalə təqdim ediləcək.

Bu tədbir çərçivəsində BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin və Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı ilə “Sosial və iqtisadi faydalar naminə kosmik texnologiyalar” adlı seminarın və Kosmik Nəsil Məşvərət Şurasının Kosmik Nəsil Konqresinin də keçirildiyi bildirildi.

Söhbət zamanı Bakı şəhərinin və Konqres Mərkəzinin bu mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə hazırlığı xüsusi qeyd olundu.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…