“BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi mühüm hadisədir. Forumun açılış mərasiminin işğaldan azad olunmuş Zəngilan şəhərində baş tutması isə xüsusilə əlamətdardır”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, dünyanın bir sıra ölkələrinin nümayəndələrinin  qatıldığı 2-ci Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə ötən il  Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platforma oldu.
 

Millət vəkilinin sözlərinə görə, Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tədbirin əhəmiyyətini vurğuladı, xüsusilə işğaldan azad edilmiş əraziərimizdə görülən bərpa işləri ilə bağlı dəyərli fikirlərini səsləndirdi.

“Dövlət başçısı çıxışında Ermənistanın 30 illik işğalı dövründə ərazilərimizin tamamilə dağıdılması barədə fikirlərini bildirib, eləcə də hazırda həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verib. Cənab Prezident diqqətə çatdırıb ki, bütün Qarabağ kimi Şərqi Zəngəzur da sıfırdan yenidən inşa edilir”.
 

Millət vəkilinin sözlərinə görə, Zəngilan şəhəri də işğal dövründə tamamilə dağıdılıb.

“İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan sonra minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası artıq bütün dünyaya məlumdur”.
 

“Cənab Prezidentin dediyi kimi biz bu torpaqlara əbədi qayıtmışıq və işğaldan azad edilən ərazilərin bərpası üçün iradəmiz ortaya qoyulub. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksəriyyət insanların həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi qürurvericidir. Bu, cəmiyyətimizdə xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası hisslərini formalaşdırır. Bütün bunlar bizim üçün qürurveriucidir”,-deyən Fatma Yıldırım bütövlükdə Forumun işini yüksək dəyərləndirib.
 

“Forumda azad olunmuş ərazilərdə görüləcək işlərlə bağlı geniş məlumat verildi. Məlumdur ki, Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsi idi ki, artıq keçmiş məcburi köçkünlər buraya evlərinə qayıdıblar. Artıq Ağalı kəndinə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar. Forumda Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlətimizin başçısı deyib ki, burada infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi icra olunmaqdadır. 2025-ci ildə, ola bilər ki, daha tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Bütün bu xoş xəbərləri eşitmək çox sevindiricidir. Əminik ki, nəzərdə tutulan quruculuq işləri tam vaxtında yerinə yetirəcək, bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıtmaq sevincini yaşayacaqlar”, – deyə Fatma Yıldırım vurğulayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…