Gələn ilin oktyabrında Qafqazın və keçmiş SSRİ-nin ən böyük günəş elektrik stansiyasının (GES) açılışını etməyi düşünürük.

Modern.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov deyib.

“Gücü 230 MVT olacaq stansiya sırf xarici investorların dəstəyi ilə yaradılır. Biz BP və onun tərəfdaşları ilə birgə işğaldan azad edilmiş ərazilərdə 240 MVt-lıq GES-si tikməyi də planlaşdırırıq. Bu isə təbii ki, Azərbaycanın öhdəlik kimi götürdüyü sıfır karbon emissiyası proqramına uyğundur”, – deyə nazir müavini qeyd edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda istehsal edilən elektrik enerjisinin 17 faizi bərpaolunan enerji mənbələrinin payına düşür.

Nazir müavini qeyd edib ki, hazırda bu payın artırılması istiqamətində müvafiq işlər görülür.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Ağdərədə silah-sursat və döyüş texnikası müsadirə edilib – VİDEO

Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus…

8 Martla bağlı valideynlərə xəbərdarlıq edildi: Tədbirlər görəcəyik!

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 8 Mart…

11 yaşlı yeniyetmə özünü asdı

Lənkəranda intihar hadisəsi baş verib.   Modern.az APA-ya istinadən xəbər verir ki, Lənkəran…

Peruda 6,1 bal gücündə ZƏLZƏLƏ

Peruda 6,1 bal maqnitudada zəlzələ baş verib.   Modern.az xəbər verir ki, bu…

Sabir Rüstəmxanlı əməliyyat olunub

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı iki…