Dünyada mexanika və aerokosmik mühəndislik sahəsində tanınan alim, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev (Avey) Azərbaycan Diaspor Komitəsinin dəvətiylə Bakıdadır. Tanınmış alim oktyabrın 2-6-da Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək. Uzun illər xaricdə yaşayan, elmi nailiyyətləri ilə seçilən A.Sofiyev səfər müddətində bir sıra ali məktəblərdə professor, müəllim və tələbə heyəti ilə görüşəcək. 

İlk görüş A.Sofiyevin 1976-1980-ci illərdə təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universitetində olub. “Riyaziyyatdan mexanikaya gedən yol: problemlər və perspektivlər” adlı elmi tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov Abdulla Sofiyevin həyatı, elmi fəaliyyəti barədə ətraflı məlumat verib. 

102 illik tarixi olan bu elm məbədinin məşhur məzunları akademik Yusif Məmmədəliyev, akademik Zahid Xəlil və digər şəxsiyyətlərin adını vurğulayan professor A.Zamanov  vaxtilə MEA-nın əsas elmi sütunlarını xatırlayıb və A.Sofiyevin ADPU-nun məşhur məzunları sırasında olduğunu qeyd edərək alimin yüksək elmi potensialının tək Türkiyədə deyil, dünyada etiraf olunduğunu deyib.

A.Sofiyevin müəllimi olmuş professor Malik Cəbrayılov yaddaşında qalan xatirələri dilə gətirib, dünyada tanınan alimin müəllimi olduğu ilə fəxr etdiyini qeyd edib. ADPU-nun riyazi-analiz kafedrasının müdiri, professor Bəhram Əliyev keçirilən tədbirin əhəmiyyətindən, A.Sofiyevin ölkədən xaricdəki uğurlu fəaliyyətindən söhbət açıb və bu sıradan keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.

A.Sofiyevin alim həmkarı, professor Yusif Həsənov da keçirilən görüşdən, dünyanın mexanika və aerokosmik mühəndislik sahəsində alimin gördüyü işlərdən, nüfuzlu elmi dərgilərdəki əsərləri və ona olan istinadlardan danışıb. 

  

Əməkdar jurnalist, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da əmisi oğlu A.Sofiyevin (Avey) ölkənin xaricində uğurlu elmi fəaliyyətindən uşaqlıq, gənclik illərindən, A.Aveyin onlar üçün örnək olduğundan danışıb. 

A.Sofiyevlə keçirilən görüşdə ADPU-nun professor-müəllim heyəti, alimin tələbə dostları da iştirak edib.

 

Sonda A.Sofiyev auditoriya qarşısında “Riyaziyyatdan mexanikaya gedən yol: problemlər və perspektivlər” mövzusunda geniş təqdimatla çıxış edərək elm yolunda uğurlu çalışmaların özünəməxsus formulunu cızıb. 

Qeyd edək ki, professor A.Sofiyev (Avey) “Beynəlxalq mexanika” jurnalının redaksiya heyətinin üzvüdür. 13 magistr və 5 elmlər doktoru yetişdirib. 300-dən artıq fundamental elmi məqaləsi mühəndislik, nanomaterial, kompozitlər, tətbiqi riyaziyyat və fizika jurnallarında çap olunub. Məqalələrinin 165-i çox mötəbər beynəlxalq (SCİ) jurnallarında işıq üzü görüb.

  

Türkiyənin bir çox universitetlərində və Almaniyanın Karleruhe Universitetinin Texniki Mexanika İnstitutunun elmi layihələrdə iştirak edən A.Sofiyev TUBİTAK və NATO dəstəkli layihələrdə uğurla iştirak edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…