Bir neçə gün öncə Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində baş verən yanğın Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən söndürüldü.

 

Yanğının söndürülməsinə cəlb olunan FHN əməkdaşları arasında üç yaşında Xankəndidən çıxan və hazıda Gəncə şəhərində yaşayan Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşı Namiq Lələyev də olub.

 

Modern.az xəbər verir ki, o, “Baku TV”yə açıqlama verib.

 

“Ermənilər yanğınsöndürmə maşınlarını görəndə şoka düşmüşdülər ki, Azərbaycan Respublikası bu qədər inkişaf edib. Onların heç bir şeydən xəbəri yox idi. Fəxr edirəm ki, ilk Xankəndi sakini olaraq üç yaşında əliyalın çıxdığım torpağıma 35 yaşında qəhrəman kimi qayıtdım”, – N.Lələyev deyib.

 

Namiq Lələyev Ağdama daxil olarkən gördüklərindən dəhşətə gəldiyini qeyd edib:

 

“Ağdamda düşmən xislətini hər yerdə göstərib. Daşı daş üstündə qoymayıblar. Xankəndidə vəzifəmizi layiqincə yerinə yetirdik. Vaxtında müdaxilə etdik, yanğını söndürdük. Biz doğma Xankəndidə mənfur düşmənə öz mərdliyimizi nümayiş etdirdik”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

“2024-cü ilin Dövlət Büdcəsi haqqında” Qanun layihəsi TƏQDİM EDİLDİ

Milli Məclisin plenar iclası “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanun…

Misir səfiri Ermənistan prezidenti ilə görüşdü

Ermənistan prezidenti Vahaqn Xaçaturyan Misirin Ermənistandakı səfiri Serenade Qamili qəbul edib.   Modern.az xəbər…

ÜST-nin baş direktorundan Azərbaycanla bağlı sevindirici XƏBƏR

Azərbaycan malyariya xəstəliyindən azad ölkədir.   Modern.az xarici mətbuata istinadən xəbər verir…

Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapıldı

“Ermənistan tərəfindən 3890 nəfər itkindən sadəcə 120 nəfər şəxsin meyit qalıqları Azərbaycan…

Bu gündən taksilərin qiyməti ARTDI

Azərbaycanda fəaliyyət göstərən “Bolt”, “Uber”, “Yango” taksi şirkətlərinin qiymətlərində artım olduğu bildirilir.…