Ordumuzun 19-20 sentyabr tarixli antiterror tədbirlərindəki qələbəsindən sonra Qarabağın dağlıq ərazisindəki yaşayış məntəqələri tədricən Azərbaycanın nəzarətinə keçir.
 

Bu gün səhər Azərbaycan polisi Qarabağdakı məşhur “Biz və bizim dağlar” adlı abidənin yaxınlığında görüntülənib.

Qeyd edək ki, adıçəkilən abidə Xankəndinin girişində – şəhərin şimal hissəsində yerləşir. Abidə 1967-ci ildə ucaldılıb.

Ermənilər “Biz və bizim dağlar” abidəsini qondarma “Dağlıq Qarabağ Respublikası”nın simvolu kimi təqdim edir, ondan öz siyasi məqsədləri üçün yararlanırdılar. Separatçılar “Nənə və baba” adlandırdıqları abidə ilə subut etməyə çalışırdılar ki, guya bu torpaqlar əzəldən onlara məxsus olub.

Artıq “Biz və bizim dağlar”ın başının üstünü alan qara bulud çəkilib və o da azaddır.

Modern.az saytı “Biz və bizim dağlar”la bağlı daha bir vacib görüntünü təqdim edir.

Yuxarıdakı fotoşəkildə abidənin üzərinə Azərbaycanın üçrəngli bayrağının asıldığını görürük.

Abidənin önündə dayanan şəxs isə sabiq deputat, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun oğlu Araz İmanovdur. Elə fotoşəkli də Araz İmanov təqdim edib.

Sabiq deputatın böyük oğlu Araz İmanov diplomatdır. Bakı Dövlət Universitetində Sosial elmlər və psixologiya fakültəsinin iqtisadi nəzəriyyə ixtisasının bakalavr pilləsini bitirən A.İmanov daha sonra Londonda magstr təhsili alıb.
Araz İmanov fəaliyyətə diplomatik sahədən başlayıb. O, bir neçə il Azərbaycanın Çexiyadakı səfirliyində çalışıb.
Daha sonra Xarici İşlər Nazirliyi sistemində işləyib.

O, idman, musiqi, atçılıqa məşğuldur. Yaxşı at sürməyi bacaran diplomat A.İmanov öz çevrəsində həm də yaxşı musiqiçi kimi tanınır. O, bu gün həm musiqi bəstələyir, həm də mahnılar ifa edir. Hətta yazdığı və ifa etdiyi mahnılar internetdə də yerləşdiriılib.

44 günlük II Qarabağ Müharibəsi dönəmində Araz İmanov sosial şəbəkələrdə ingilis dilindəki paylaşımları ilə aktivlik nümayiş etdirib, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına çalışan diplomatlardan olub.

O, XİN rəsmisi kimi Vətən müharibəsindən sonra dəfələrlə xarici diplomatların işğaldan azad olunmuş rayonlara səfərlərini müşayiət edib.
 

Araz İmanov hazırda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi vəzifəsində çalışır.

A.Qorxmaz

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Emoməli Rəhmon da İlham Əliyevi təbrik etdi

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.  …

İtkin düşən şəxslərin məlumat bazası YARADILIR

Azərbaycanda itkin düşmüş və əsir götürülmüş şəxslərin sayı 3890 nəfərdir. Onlardan 400-ə…

Xankəndi sakini illər sonra öz torpağında yanğını söndürdü – FOTO

Məlum olduğu kimi, bir neçə gün öncə Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsinin partlaması…

Nazir gənc müəllimləri təriflədi: "Bilikləri əvvəl işə qəbul olunanlardan çoxdur"

Təkrar sertifikatlaşdırmadan keçən 743 nəfər müəllim uğur qazana bilmədi və məcbur olduq…

Qəzzada atəşkəs olmayacaq – Netanyahu

“Qəzzada atəşkəs olmayacaq”.   Modern.az-ın məlumatına görə, bunu İsrailin Baş naziri Binyamin…