Səbail rayon Məhkəməsində qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.

 

Modern.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

 

Məhkəmə tərəfindən Davit Manukyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Davit Manukyan ötən gün Laçın sərhəd keçid məntəqəsində saxlanılıb.

 

Onun Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Biz mütləq Qərbi Azərbaycana qayıdacağıq! – Prezidentin təltif etdiyi iş adamı

“Qərbi Azərbaycan İcmasının əsas məqsədi Qərbi azərbaycanlıların təhlükəsiz, ləyaqətli, sülh yolu ilə…

İranın şimalında ZƏLZƏLƏ

İranın şimalında zəlzələ olub.   Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi…

Maduro İlham Əliyevə məktub YAZDI 

Venesuela Prezidenti Nikolas Maduro Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə…

Heydər Əliyev Fondu Vadimin müalicəsini öz üzərinə götürdü

Azərbaycan milli komandasının sabiq futbolçusu Vadim Vasilyevin müalicəsini Heydər Əliyev Fondu öz…

Göygöldə ağır qəza: 1 ölü, 3 yaralı

Göygöldə bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası…