Milli Məclisin deputatı Qənirə Paşayeva vəfat edib. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Modern.az vəfat edən deputatın tərcümeyi-halını təqdim edir.

 

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

 

1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.

 

2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.

 

Qənirə Paşayeva III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub. Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.

 

“Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən”, “Səndən sonra”, “Türk ruhunun söz bayrağı Əhməd Cavad” kitablarının müəllifidir.

 

Allah rəhmət eləsin!

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Ermənilər mövqelərimizi ATƏŞƏ TUTDU

Avqustun 31-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod…

Rusiya sülhməramlıları Qarabağda hansı tapşırıqları icra edir?

Rusiya sülhməramlı kontingenti Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir. Modern.az xəbər verir…

İsrail Livanla həmsərhəd 28 yaşayış məntəqəsini köçürür

İsrail Livan sərhədinə yaxın 28 yaşayış məntəqəsinin sakinlərini təxliyə edir.   Modern.az BBC-yə…

Naxçıvandakı hərbi kompleksdə hansı işlər görüləcək…

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb…

İspaniya Hökumətinin sədri İlham Əliyevi təbrik etdi

İspaniya Hökumətinin sədri Pedro Sançez Prezident İlham Əliyevi təbrik edib.   Modern.az xəbər…