Türkiyə regionda baş verən siyasi hadisə və prosesləri diqqətlə izləyir və Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün atılan addımları dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında Türkiyənin Milli Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk deyib. O bildirib ki, qəhrəman Azərbaycan Ordusu 30 il müddətində işğal altında qalan torpaqlarını azadlığa qovuşdurdu və ərazi bütövlüyünü bərpa etdi. Kontr-admiral qeyd edib ki, Azərbaycan Ordusu 44 gün sürən Vətən müharibəsində böyük şücaət nümayiş etdirdi.

 

Sentyabrın 27-də Azərbaycanın Qarabağ bölgəsinin azad edilməsi üçün başladılan əks-hücum əməliyyatlarının üçüncü ildönümünün tamam olduğunu xatırladan Zəki Aktürk şəhidlərin xatirəsinin hörmətlə anıldığını bildirib və onlara Allahdan rəhmət diləyib.

 

Zəki Aktürk bəyan edib ki, Türkiyə hər zaman Azərbaycanı dəstəkləyəcək.

 

Sonra kontr-admiral Türkiyədə həyata keçirilən terror əleyhinə əməliyyatlar barədə məlumat verib. Nəzərə çatdırıldı ki, Türkiyənin Silahlı Qüvvələrinin həyata keçirdikləri əməliyyatlar nəticəsində bu günə kimi 38 min 694 terrorçu zərərsizləşdirilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

PFL rəhbərliyi Xankəndiyə gedərkən qəzaya DÜŞDÜ

Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən…

“Azərkosmos” və “Bayanat” arasında müqavilə imzalandı

“Azərkosmos” və Birləşmiş Ərəb Əmirliklərinin “Bayanat” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.  …

Ukrayna ordusu ciddi irəliləyişə nail ola bilmədi – Zalujnı etiraf etdi

Ukrayna ordusu ciddi irəliləyişə nail ola bilmədi və münaqişə dalana dirəndi. Buna…

“İlham Əliyevə çox güvənirik” – Şimali Kiprin Parlament sədri Modern.az-a DANIŞDI

Zorlu Töre: “Azərbaycan Türk dövlətlərinə nümunə olacaq mühüm addım atdı” Ötən günlərdə…

170 milyon il əvvəl yaşamış pterozavr növü aşkarlandı

Şotlandiyanın Skay adasında yeni pterozavr növü aşkar edilib.   Modern.az xəbər verir ki,…