Rusiya prezidenti Vladimir Putin Moskvada Liviya Milli Ordusunun baş komandanı Xəlifə Haftar ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə RIA agentliyi məlumat yayıb.

 

Görüşdə Liviya və bütövlükdə regiondakı vəziyyət müzakirə edilib.

 

“Bəli, biz belə bir görüşün faktını təsdiq edirik. Həqiqətən də Haftarla görüş olub. Liviyadakı və bütövlükdə regiondakı vəziyyət müzakirə edilib”, – Kremlin sözçüsü Dmitri Peskov məlumatı təsdiqləyib.

 

Liviya Milli Ordusunun mətbuat xidmətinin məlumatına görə, Xəlifə Haftar Rusiyaya sentyabrın 26-da gəlib. O, müdafiə naziri Sergey Şoyqu ilə görüşüb, Moskva Katedral Məscidini ziyarət edib, burada Müsəlmanların Ruhani İdarəsinin sədri Ravil Qaynutdin, Rusiya Federasiyası müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ilə görüş keçirib.

 

Yunus-Bek Yevkurov bu yaxınlarda iki dəfə Liviyanın şərqinə səfər edib. Avqust ayında o, XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı və Ordu-2023 hərbi-texniki forumunda Rusiya-Liviya danışıqları zamanı əldə olunan razılaşmaların inkişafı çərçivəsində Xəlifə Haftarın dəvəti ilə Benqaziyə səfər edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…