Rusiya parlamentinin yuxarı palatasının – Federasiya Şurasının Konstitusiya komitəsinin üzvü Aleksandr Başkin qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın saxlanılmasına münasibət bildirib.

Modern.az saytının məlumatına görə, Aleksandr Başkin bildirib ki, Ruben Vardanyanın 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından könüllü imtina etməsi onun şəxsi seçimi olub. Rusiyalı senatorun sözlərinə görə, Vardanyanın saxlanılması həmin seçimin nəticəsidir. Başkin deyib ki, bu hadisə Rusiya pasportunun qiymətinə şübhə edənlər üçün yaxşı nümunə ola bilər.

Federasiya Şurasının üzvü onu da əlavə edib ki, R.Vardanyan Rusiya vətəndaşı olmadığından Moskvadan kömək ala bilməyəcək:
 

“Düşünürəm ki, onun vətəndaşlıqdan könüllü çıxmasının hüquqi nəticələri olacaq. İndi o, Rusiya Federasiyasından yardım ala bilmir və almayacaq”.
 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) bəyan edib ki, sentyabrın 27-də qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Və Bakıya gətirilib.

A.Qorxmaz

.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…