Son günlər Qarabağdan gedən ermənilərin hərəkət etdiyi Xankəndi-Laçın yolunda asfalt örtüyü çöküb.

Modern.az-ın məlumatına görə, bunu əks etdirən fotoşəkil sosial mediada yayılıb.

Hadisənin başvermə səbəbi barədə məlumat verilməyib.

Xatırladaq ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 22 km təşkil edir və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr təşkil edir.

Azərbaycan Respublikasının büdcəsi hesabına inşa olunan Xankəndi-Laçın yolu 2022-ci ildə istifadəyə verilib. 

Qeyd edək ki, Qarabağ ermənilərinin axını ilə əlaqədar hazırda Xankəndi-Laçın yolunda böyük tıxac yaranıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Prezident daha bir təməlqoyma mərasimində iştirak etdi

Prezident İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin təməlini qoyub.…

Bizi sabah çətin oyun gözləyir – Romao

“Bizi sabah çətin oyun gözləyir”.   Modern.az xəbər verir ki, bu sözləri “Qarabağ”…

Göygöl-Toğanalı-Kəlbəcər yolunda hərəkət dayandı

Göygöldə güclü yağışdan sonra sel gəlib.   Modern.az APA-ya istinadən xəbər verir ki,…

Pirallahı rayonunda qurbanlar kəsildi – FOTOLAR

Dünya müsəlmanlarının sevinclə və böyük təmtəraqla qeyd etdikləri müqəddəs Qurban Bayramı hər…

Azərbaycan və Maldiv arasında memorandum imzalandı 

Bu gün Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə Qoşulmama…