“Biz Ermənistanın dini lideri 2-ci Qaraginlə həmişə Patriarx Kiril cənabları vasitəsilə ikitərəfli görüş keçirmişik. Bu gün onun apardığı revanşizm siyasəti, müharibəyə çağırışı, erməniləri qarşıdurmaya səsləməsi səbəbindən hələlik onunla görüş mümkün deyil. Onun əməlləri bu görüşün baş tutmasına imkan yaratmır”.

 

Modern.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

 

“Gələcəkdə həyatı başa düşəndən sonra, top-tüfənglə deyil, danışıq yolu ilə gəlib yaxınlaşacaqsa, biz də onunla danışıq yolu ilə bu işləri görə bilərik. Allah şəhidlərimizə rəhmət eləsin. Müstəqilliyimiz və suverenliyimiz üçün həyatını qurban verənlərə Allahdan rəhmət diləyirəm. Bu yolda yaralı olanlar var, Allah onlara da tezliklə şəfa versin”, – deyə QMİ sədri qeyd edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Yevlaxdakı qətlin şok görüntüləri yayıldı – VİDEO

Yevlaxda 32 yaşlı kişinin güllələndiyi anın görüntüləri yayılıb.   Modern.az xəbər verir…

“Prezidentliyə namizədliyimin irəli sürülməsi təsdiqləndi” – Əvəz Temirxan

“Azərbaycan prezidentliyinə namizədliyimin irəli sürülməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlədi və mənə…

Bərdədə ağır qəza – "Jiquli" sürücüsü öldü

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Modern.az xəbər verir ki, hadisə…

Gülbahar Şükürlü dünyasını dəyişdi 

Əməkdar artist Gülbahar Şükürlü dünyasını dəyişib.   Modern.az xəbər verir ki, bu barədə…

Əsas tərəfdaşımız Fransa və Hindistandır – PAPİKYAN

Hindistan və Fransa Ermənistanın müdafiə sektorunda əsas tərəfdaşlarına çevrilib.   Modern.az xəbər…