Deputat Qənirə Paşayevanın vəziyyəti ilə bağlı çağırış edilib.
Modern.az xəbər verir ki, bu barədə deputatın sosial media hesabında paylaşım edilib.
“Qənirə xanımın Mərkəzi Klinikanın Təcili Tibbi Yardım Mərkəzində müalicəsi davam edir. Onunla bağlı yalnız rəsmi məlumatlara etibar etməyinizi xahiş edirik”, – paylaşımda deyilir.
Xatırladaq ki, sentyabr ayının 23-ü millət vəkili Paşayeva Qənirə Ələsgər qızı septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.