ADA universitetində İnkişaf və Diplomatiya İnstitutunun tədqiqatçısı, politoloq Anastasiya Lavrina Qətərdən yayımlanan “Əl-Cəzirə” telekanalına müsahibəsində 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.

 

Modern.az xəbər verir ki, ADA universitetinin əməkdaşı müsahibəsində Azərbaycan hökumətinin erməni sakinlərinin təhlükəsizliyinin, eləcə də bütün hüquqlarının təminatı üçün ölkə konstitusiyası və qanunları çərçivəsində zəmanətlər verdiyini bildirib. Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüşlərin onların sosial-ictimai məsələlərinin həlli barədə müzakirələrin aparılması üçün yaxşı imkan olduğu vurğulanıb.

 

Anastasiya Lavrina ermənilərin guya Azərbaycanda sıxışdırılması və təzyiqlərə məruz qalması barədə erməni tərəfinin dediklərinin dezinformasiya olduğunu, həqiqəti əks etdirmədiyini söyləyib. Qeyd edib ki, Azərbaycan tolerant və çoxmillətli ölkədir, burada indi də 30 min erməni yaşayır. Bakıda erməni kilsəsi fəaliyyət göstərir, ermənilərə qarşı heç bir təzyiq yoxdur.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…