“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən sənəd qəbulu həyata keçirilir.

Nazirlikdən bildirilib ki, Fərmana müvafiq olaraq, 1 iyun 2023-cü il tarixinədək tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığı baxımından müayinə edilməsi, müayinələrin nəticəsinə dair istismara hazır olması barədə rəylərin tərtib edilməsi və bu rəylər əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazənin verilməsi nəzərdə tutulur.

Bu məqsədlə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Bakı, Gəncə, Xaçmaz, Yevlax, Salyan, Lənkəran və Qəbələ şəhərlərində Fərmanın icrası ilə bağlı sənəd qəbulu aparılır. Qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazənin verilməsi üçün ərizə və ona əlavə edilmiş müvafiq sənədlər qeyri-yaşayış obyektinin sifarişçisi (sahibi) və ya onun qanuni nümayəndəsi tərəfindən şəxsən təqdim edilməlidir.

Ərizə forması, tələb olunan sənədlər, sənəd qəbulu aparılan ünvanlar və digər müvafiq məlumatları bu linkə daxil olmaqla əldə etmək mümkündür.

Qeyd edək ki, sənədlərin qəbulu 1 yanvar 2025-ci il tarixinədək davam edəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 14 milyon manat ödənilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-may ayları…

Tikinti şirkəti ₼43.47 mln. gəlirə qarşı ₼15.53 mln. xalis mənfəət əldə etdi

İnşaat sektorunda fəaliyyət göstərən “Protean Construction” ASC 2022-ci ili 15.53 mln. manat…

MİDA Hövsan Yaşayış Kompleksində satışa çıxardığı 510 mənzilin detallarını açıqladı – Qiymət 34 min manatdan başlayır

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava…

MİDA yeni Yasamal, Hövsan və Gəncədə mənzilləri satışa çıxarır – QİYMƏTLƏR

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu…

Naxçıvanda yaşayış binalarının davamlılığının yoxlanılmasına başlanılıb

Fövqəladə Hallar Nazirliyi Naxçıvan MR-da yaşayış binalarının davamlılığının yoxlanılmasına başlayıb. Bunu nazirliyin Tikintidə…