Culfa rayonunda iaşə obyektinin tikintisi zamanı Vidadi Gülməmmədovun xəsarət alması faktı üzrə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda araşdırma aparılıb.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, araşdırma zamanı dövlət mülkiyyətində olan torpaq sahəsində aparılan tikinti işlərinə cəlb olunmuş şəxslərlə əmək müqaviləsinin bağlanmaması, onların əməyin mühafizəsi qaydaları ilə təlimatlandırılmaması, həmçinin işçilərin fərdi texniki mühafizə vasitələri ilə təmin edilməməsi və təhlükəsizlik qaydalarının pozulmasının qarşısını almaq üçün hər hansı tədbirin görülməməsi müəyyən edilib.

Fakta görə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 188.4.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 222.1 (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Azərbaycandakı zəlzələ daşınmaz əmlak bazarına necə təsir edəcək?

Bu gecə Azərbaycanda baş vermiş zəlzələ insanların bina evlərindən həyət evlərinə axın…

Azərbaycanda tikilib istifadəyə verilmiş bina evlərinin sayı 3 dəfə artıb

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi sahəsi 1 milyon 397 min 930…

İpotekaya xitam verilən hallar genişlənir

İpotekaya xitam verilən hallar genişlənir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və…

Bakıda bu il 65 bina söküləcək

Bakı şəhərində ilkin olaraq 65 binanın sökülməsi planlaşdırılıb. Söküləcək binaların bir çoxu…

Dövlət əmlakının icarəyə verilməsindən büdcəyə 31 mln. manat vəsait daxil olub

Dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 31,3 mln. manat və ya ümumi…