Ölkəmizin, xüsusilə paytaxt Bakının mənzil bazarındakı aktivlik daşınmaz əmlakın sənədləşməsinə tələbi də artırır. Üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış mənzil sahibləri iqtisadi proseslərdə (sığorta, girov, alqı-satqı və s.) daha geniş və rahat iştirak edir, hüquqlarından etibarlı və zəmanətli şəkildə istifadə imkanları əldə edirlər. Bütün bunlar isə vətəndaşların mənzillərinə dair çıxarış almaq marağını artırır.

Banker.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki,vətəndaşlar əsasən, ilkin bazarda mənzil-tikinti kooperativləri (MTK) və məhdud məsuliyyətli cəmiyyətlər (MMC) tərəfindən tikilən binalardan mənzillər alırlar. Bu mənzillərə dair çıxarışın alınması üçün tələb olunan sənədlər isə fərqlidir.

Belə ki, MMC-nin tikdiyi binadan mənzil alanlar ilk növbədə bina üzərində MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığını aydınlaşdırmalıdır. Əgər binaya çıxarış verilibsə, MMC ilə mənzil sahibi arasında notarial qaydada təsdiqlənmiş alğı-satqı müqaviləsi olmalıdır. Bundan sonra həmin müqavilə əsasında mənzil sahibi mülkiyyət hüququnu qeydiyyata aldırmaqla, öz adına çıxarış əldə edə bilər.

MTK-dan mənzil alan vətəndaşlar isə ilk olaraq MTK-nın inşa etdiyi binanın müvafiq dövlət qurumu tərəfindən istismara qəbul edilib-edilmədiyini (istismara qəbul aktının olub-olmadığı) dəqiqləşdirməlidir. Əgər bina istismara qəbul edilibsə, dövlət reyestrindən çıxarış almaq üçün mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı və maliyyə arayışı (mənzilə dair pay haqqının ödənilməsi və borcun olmaması barədə) tələb olunur.

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Daşınmaz əmlak üzrə ipoteka müqaviləsi ən çox hansı ərazidə bağlanıb?

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb. Banker.az xəbər…

Azad edilmiş ərazilərə köçənlərin xidməti mənzillərinin qəzalı binalardakı köçkünlərə verilməsi təklif olunur

Ombudsman hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması…

Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı informasiya sistemi yaradılıb

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılıb. Prezident İlham Əliyev…

Azərbaycanda özəlləşdirilən kiçik dövlət müəssisəsi və obyektlərin sayı azalıb

2023-cü ildə Azərbaycanda 245 kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilib ki, bu…

Portfelinə ölkənin ən iri “mallar” daxil olan “PAŞA Malls”ın kapitalı kəskin artırılıb

“PASHA Holding” MMC-nin strukturunda olan ölkənin ən böyük ticarət mərkəzləri (mall) qrupu…