Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı alınacaq.

Prezident İlham Əliyev bununla bağlı Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Belə ki, Məcəlləyə edilmiş dəyişikliklə “Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı” adlı yeni maddə (233-1-ci) əlavə olunub.

Dəyişikliklə gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınır.

Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bakıda avtomobillərin parklanmasının ödənişsiz olacağı ərazilər – SİYAHI

Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb. Banker.az xəbər verir ki, bu,…

Bazar günləri avtomobillərin parklanması üçün ödəniş tələb olunmayacaq

Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar…

“Infiniti” loqonu yeniləyib

“Infiniti” avtomobil markası brendin tarixində dördüncü dəfə korporativ loqonu yeniləyib, Banker.az bu…

Subaru Rusiyada 2500-dən çox avtomobili geri çağırır

Subaru Rusiyada 2500-dən çox avtomobili geri çağırır. Səbəb kondisioner sisteminin mümkün nasazlığıdır.…

Məşhur avtomobil markası bu avtomobillərin istehsalını dayandırır

İtaliyanın avtomobil istehsalçısı Fiat boz rəngli avtomobillərin istehsalını dayandırmaq qərarına gəlib. Bu…