Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un sedan modeli 2024-cü ildə təqdim ediləcək.

Bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır açıqlama verib.

“2023-cü ildə 23 mindən çox TOGG istifadə ediləcək. Enerji doldurma məntəqələri geniş yayılmayana qədər elektriklə işləyən nəqliyyat vasitələrinin artırılması mümkün deyil. Buna görə də, 81 vilayətdə enerji doldurma məntəqələri üçün işə başlanılıb”,- deyə Türkiyəli nazir əlavə edib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Avtomobil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədov və Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salman, Qətər əmiri Əl-Sani və Birləşmiş Ərəb Əmirlikləri prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təqdim edilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bakıda avtomobillərin parklanmasının ödənişsiz olacağı ərazilər – SİYAHI

Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb. Banker.az xəbər verir ki, bu,…

Bazar günləri avtomobillərin parklanması üçün ödəniş tələb olunmayacaq

Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar…

“Infiniti” loqonu yeniləyib

“Infiniti” avtomobil markası brendin tarixində dördüncü dəfə korporativ loqonu yeniləyib, Banker.az bu…

Subaru Rusiyada 2500-dən çox avtomobili geri çağırır

Subaru Rusiyada 2500-dən çox avtomobili geri çağırır. Səbəb kondisioner sisteminin mümkün nasazlığıdır.…

Məşhur avtomobil markası bu avtomobillərin istehsalını dayandırır

İtaliyanın avtomobil istehsalçısı Fiat boz rəngli avtomobillərin istehsalını dayandırmaq qərarına gəlib. Bu…