Avtomobil nəqliyyatı parklarına dair yeni tələb müəyyənləşir.

Banker.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, avtomobil nəqliyyatı parklarının yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə, həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Müvafiq yol-nəqliyyat, sosial, mədəni, ictimai-iaşə, inzibati mühəndis-kommunikasiya təminatı və digər bu kimi xidmətlərin kompleks qaydada təmin edilməsi məqsədilə avtomobil nəqliyyatı parkları yaradıla bilər.

Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bakıda avtomobillərin parklanmasının ödənişsiz olacağı ərazilər – SİYAHI

Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb. Banker.az xəbər verir ki, bu,…

Azərbaycanın avtomobil parkını ən çox hansı markalar tərk edir? – SİYAHI

Azərbaycanda sayı ən çox azalan minik avtomobillərinin markaları, ədəd 2021 2022 Miqdar,…

Yaponiya hibrid mühərrikli avtomobillərin Rusiyaya ixracına embarqo qoyur

Yaponiya hökuməti mühərrikinin həcmi 1,9 kubsantimetrdən çox olan, hibrid mühərrikli avtomobillərin və…

Bazar günləri avtomobillərin parklanması üçün ödəniş tələb olunmayacaq

Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar…

Subaru Rusiyada 2500-dən çox avtomobili geri çağırır

Subaru Rusiyada 2500-dən çox avtomobili geri çağırır. Səbəb kondisioner sisteminin mümkün nasazlığıdır.…